Blockchain nədir ?

Blockchain iki tərəf arasındakı əməliyyatları səmərəli, yoxlanıla bilən, daimi şəkildə qeyd edən və üzərində dəyişiklik edilməsi mümkün olmayan böyük  platformadı.

Blockchain necə işləyir

Blokchain hər bir əməliyyatın və ya hərəkətin sistemə yeni “blok” kimi əlavə edilməsinə əsaslanır, buna görə də platforma davamlı olaraq böyüyür. Hər bir blok özündən əvvəlki  və sonrakıları ilə əlaqələndirilir. Bloklar əməliyyatların dəqiq vaxtını və sırasını yoxlayır. Hər hansı bir blokun dəyişdirilməsinin və ya mövcud iki blok arasına başqa blokun daxil edilməsinin qarşısını almaq üçün bloklar bir-birinə etibarlı şəkildə bağlıdır.

Əməliyyatlar, dəyişdirilməz bir zincir olan blockchain'de (blok zinciri) blok halına salınır. Hər yeni blok , özündən əvvəlki blokun təstiklənməsini tələb edir. Bu da blockchain'e dəyişiklik edildiyi halda çox asan bilinən struktur  qazandırır. Nəticədə heç kimin müdaxilə edə bilmədiyi, sizin və digər istifadəçilərin güvənəbiləcəyi bir platforma yaradır.

Blockchain üstünlükləri

Hər kəs istifadə edə bilər: Başqa sözlə, bir qayda olaraq, istənilən şəxs heç bir icazə və ya təsdiq olmadan sistemə daxil ola bilər. Hər bir istifadəçi özünəməxsus identifikator açarları ilə sistemə daxil edilir.

İnformasiya təhlükəsizliyi: Sistemdəki bütün istifadəçilər şəbəkədə şəxsi və ya açıq açarlarla müəyyən edilir. Bu açarlar, başqa sözlə, parollar xüsusi alqoritmlərlə yaradılmışdır. Eynilə, əməliyyatların məxfiliyi və üçüncü şəxslər üçün əlçatmazlığı bu alqoritmlərlə təmin edilir.

Daha güclü təhlükəsizlik: Bütün şəbəkə üzvləri məlumatların dəqiqliyi ilə bağlı razılığa gəlməlidirlər və onlar heç bir şəkildə dəyişdirilə bilməz, çünki bütün təsdiqlənmiş əməliyyatlar daimi olaraq qeydə alınır. Heç kim, hətta sistem administratoru belə heç bir məlumatı silə və yada dəyişdirə bilməz.

Daha çox səmərəlilik:  Bundan əlavə, əməliyyatları sürətləndirmək üçün smart müqavilələr adlanan bir sıra qaydalar blokçeyn daxilində saxlanıla və avtomatik icra oluna bilər.

Mərkəzləşdirilməmiş struktur:  Bu o deməkdir ki, icra və ya nəzarət baxımından ümumi mexanizm yoxdur. Sistemin təhlükəsizliyi dövlət tənzimlənməsi və səlahiyyətləri ilə deyil, alqoritmlərdən istifadə edərək şifrələmə üsulları ilə təmin edilir. Mərkəzsiz olmaq həm də o deməkdir ki, heç bir vasitəçiyə ehtiyac yoxdur. Məsələn, pulun qarşı tərəfə köçürülməsi bank sektorunda olduğu kimi vasitəçi qurum vasitəsilə deyil, birbaşa həyata keçirilir.