CRM- Customer Relationship Management – Müştərilərlə Əlaqələrin İdarəetməsi Sistemləri şirkətlərin öz müştəriləri və potensial müştəriləri ilə qurduğu əlaqəni daha yaxşı idarə etmək üçün istifadə etdikləri bir sistemdir. Bu sistemə görə şirkət müştəriləri haqqında nə qədər çox məlumata sahib olarsa, bazarda bir o qədər uğurlu rəqabət apara bilər. Sistem müştəri ilə şirkət arasındakı hər bir prosesi özündə cəmləşdirir. CRM müəssisənin satış artımını dəstəkləyən, sosial media ilə inteqrasiya edən, müştərilər ilə münasibətləri qaydaya salan bir sistemdir. Biznesinizi uğurlu inkişaf etdirmək istəyirsinizsə, müştərilərlə qarşılıqlı münasibətləri idarə etməlisiniz. Demək sizin biznes proseslərinizə inteqrə edilmiş CRM sisteminiz olmalıdır. CRM-in köməyi ilə siz müştəri bazasını formalaşdıra biləcəksiniz. Sistemdə müştərilərə aid qeyd və tapşırıqları yerləşdirə, onlara SMS və ya e-mail bildirişlər göndərə bilərsiniz.


Təklif etdiyimiz xidmətlər


Maliyyə menecmenti, Mühasibat , Satış və Marketinq + CRM.

Hesabatlar, satışlar, müştərilər, işçilər və layihələrin idarə edilməsi, kimi gündəlik fəaliyyətə nəzarət etmək üçün istifadə edilən sistem və proqram təminatı paketi.Bu proqram təminatının əsas mahiyyəti şirkətin bütün biznes proseslərini bir bazaya cəmləyərək vahid bir sistem vasitəsilə idarə edilməsidir.

  • İşçilərin məlumat sistemi
  • Maaş nəzarəti
  • Müştəri məlumat sistemi
  • İlkin mühasibatlıq sistemi
  • Tək dil və ya çox dil seçimi
  • Müqavilə formaları
  • Mail marketinq
  • İşçilərin tapşırıqlarının idarəedilməsi
  • Satışların idarəedilməsi
  • Həftəlik və ya günlük backup sistemi

Sifariş üçün: [email protected] və ya sosial şəbəkələrdən əlaqə saxlaya bilərsiniz.