Backend: İstifadəçilərin görmədiyi server tərəfini inkişaf etdirən şəxsdir. Yəni sistemin arxitekturasını hazırlayan, verilənlər bazasının idarə olunmasını planlaşdıran, server parametrlərinə cavabdeh olan, sistemin maksimum səviyyədə səmərəli və sürətli işləməsini təmin edən şəxsdir.

Təlim paketi:

  • İlkin Front-End bilikləri
  • PHP
  • Laravel
  • MySQL
  • NodeJS (API-lərin hazırlanması)

İlkin Front-End bilikləri - Burada tələbəyə HTML, CSS və JavaScript haqqında ilkin anlayışlar keçirilir.

PHP - Burada dünyada web səhifələrin hazırlanmasında ən çox istifadə olunan proqramlaşdırma dilinin incəliklərini öyrənəcəksiniz. Hansı ki, OOP məntiqi, MVC işləmə prinsipini, xüsusi API hazırlanması və daha çox biliyə bu təlimdə yiyələnəcəksiniz.

Laravel - Yenə dünyanın ən çox istifadə edilən Back-End framework-u Laravel-ın incəliklərinə bu təlimdə bələd olacaqsınız. Hansı ki, burada Laravel istifadə edərək real proyektlər hazırlayıb nəticələrini görəcəksiniz. 

Tələbə sayı və təlim müddəti:

Qrupda 3 və daha çox tələbə olduqda, təlim həftədə 3 dəfə 90 dəqiqə olmaqla 5 ay davam edir. 

Qrupda 2 tələbə və ya fərdi olduqda, təlim həftədə 3 dəfə 60 dəqiqə olmaqla 5 ay davam edir. 

Təlim müddəti siz əldə edəcəksiniz:

  • Portfolio

Təlim müddətində siz bir çox real nümunəyə baxaraq öz portfolionuzu hazırlaya biləcəksiniz.

  • Xüsusi hosting

Təlimin 3-cü ayından sonra tələbələrə hosting verilir ki, öz nümunələrini hosting-ə yerləşdirib hər kəs tərəfindən əl çatan etsinlər.

  • Təcrübə imkanı

Təlim müddəti fərqlənən tələbələr "Yup Technology MMC" daxilində və ya əməkdaşlıq göstərdiyi şirkətlərdə təcrübə keçmə imkanı əldə edəcəklərdir.

Ödəniş və qeydiyyat:

Qeydiyyat üçün ofisə yaxınlaşa və ya online olaraq müraciət edə bilərsiniz. Bu zaman əməkdaşlar sizə lazımı köməkliyi göstərəcəkdir.


Aylıq ödəniş(Qrup)Aylıq ödəniş(Fərdi)
Kooperativ müştərilər
230 AZN550 AZN350 AZN

*Xüsusi qeyd: "Yup Technology MMC" tez-tez xüsusi kampaniyalar elan edir bu zaman qiymətlər fərqlilik göstərə bilər.

Back-End proqramlaşdırma təlimləri